• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Polşa əcnəbilərə QAPILARI BAĞLAYIR 

DÜNYA

21 Avqust 2026 | 12:09

Polşa əcnəbilərə QAPILARI BAĞLAYIR

2026-cı ilin ilk yarısında Polşada xarici vətəndaşlara verilən iş vizalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb.

Bakıvaxtı.az yeri mediaya istinadən xəbər verir ki, məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında Polşada əcnəbilərə ümumilikdə 69 min iş vizası verilib. 2025-ci ilin eyni dövründə bu göstərici 144 min, 2024-cü ilin ilk altı ayında isə 173 min olub.

Bununla yanaşı, 2026-cı ilin ilk yarısında Polşa polisi ölkədə iş icazəsinin müddəti başa çatmış 11 min əcnəbini saxlayıb. 2025-ci ildə isə bu kateqoriya üzrə saxlanmaların sayı 70% azalıb.

Polşada miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı çağırışlar da səslənir. Avqustun 19-da Polşanın keçmiş Baş naziri və sağçı “İnkişaf Plus” hərəkatının lideri Mateuş Moravetski xarici vətəndaşların deportasiyası ilə məşğul olacaq xüsusi qurumun yaradılmasını, həmçinin ölkədə yaşayan hər bir xarici miqrant barədə onlayn dosyenin hazırlanmasını təklif edib.

Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, son üç ildə ölkədən deportasiya edilən əcnəbilərin sayı 330% artıb. Belə ki, 2023-cü ildə 3 min, 2025-ci ildə isə 10 min xarici vətəndaş deportasiya edilib.

2026-cı ilin ilk altı ayında isə Polşadan 6 min əcnəbi deportasiya olunub.Deportasiya edilənlər arasında ən böyük qrupu Ukrayna vətəndaşları təşkil edir. Onların ardınca Gürcüstan, Belarus, Moldova və Kolumbiya vətəndaşları gəlir.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026