Xəbər verdiyimiz kimi, 25 yaşlı azərbaycanlı tələbə Xəzər Cabbarlı Polşada vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, tələbə ürəktutmasından dünyasını dəyişib.
O, uzun müddətdir ürəyində olan problemdən əziyyət çəkirdi.
Qeyd edək ki, Xəzər Cabbarlı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
***
11:22
Polşada azərbaycanlı tələbə vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu ölkədə magistr təhsili alan və Krakov şəhərində yaşayan Xəzər Cabbarlı qəfil dünyasını dəyişib.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri olan X.Cabbarlı ictimai sektorda fəal gənclərdən olub.
Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.