Polşada Azərbaycan vətəndaşının meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşada yaşayan həmyerlimiz Fərid Cəfərli məlumat verib.
O bildirib ki, şəxsiyyəti hələ də açıqlanmayan 39 yaşlı Azərbaycan vətəndaşı kirayə qaldığı otaqda başından güllələnib. İlkin rəyə əsasən şəxsin özünü öldürdüyü ehtimal edilir.
Hadisənin 2-ci Dünya müharibəsi silahı ilə törədildiyi qeyd edilir.
Hadisə ilə əlaqədar Polşanın hüquq-mühafizə orqanları araşdırma aparır./publıka.az