Portuqaliyanın Baş naziri Luis Monteneqro münaqişə həll edildikdən sonra Ukraynada Portuqaliya sülhməramlı qüvvələrinin yerləşdirilməsinə icazə verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Portuqaliya Baş naziri Kiyevə səfəri zamanı açıqlama verib.
"Diário de Notícias" qəzeti Baş nazirin sözlərini sitat gətirir: "Portuqaliya hərbi qulluqçularının Ukraynada yerləşmələrinə heç nə mane ola bilməz. Avropa İttifaqı və NATO daxilində yerləşdiriləcək milli qüvvələrimiz sülhməramlı, çəkindirici və təhlükəsizlik missiyalarında iştirak edəcək, necə ki Ukraynaya qonşu olan dövlətlərdə eynisini edirik".
Aynur Babazadə
Bakı 




