• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Portuqaliyada meşə yanğını zamanı alov şlanqı əmələ gəlib

DÜNYA

25 Avqust 2022 | 09:36 | Müəllif: Qalib İbrahimoğlu

Portuqaliyada meşə yanğını zamanı alov şlanqı əmələ gəlib

Portuqaliyanın şimalında yerləşən Vila Real şəhərindəki Alvao Təbiət Parkında baş verən meşə yanğını zamanı alov şlanqı əmələ gəlib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, nadir təbiət hadisəsi yanğınsöndürən tərəfindən lentə alınıb.

Vila Real Şəhər Mülki Müdafiə Regional Komandanlığından verilən açıqlamada qeyd olunur ki, ötən bazar günü baş verən meşə yanğını ilə mübarizədə 430 yanğınsöndürən, 123 yanğınsöndürən maşını və 6 helikopter iştirak edib. Bildirilib ki, indiyədək 6 min hektar kol-kos kül olub, yanğın zamanı 1 mülki şəxs və 6 yanğınsöndürən yüngül xəsarət alıb.

Portuqaliya Təbiət və Meşə Mühafizə İnstitutu bu il ölkədə 100 min hektardan çox ərazinin yanğınlar səbəbindən külə çevrildiyini açıqlayıb.

Tornado təbiətdə adətən meşə yanğınları zamanı baş verən nadir hadisədir. Adətən diametri 1 metr və hündürlüyü 10 ilə 50 metr arasında olan alov şlanqları toz, tüstü və alovu özü ilə sürükləyərək yanğının şiddətini daha da artıra bilər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026