• Bakı 18° C

    3.01 m/s

Portuqaliyanın bu addımı düşmənçilikdir - Zaxarova

DÜNYA

13 Sentyabr 2024 | 21:23 | Müəllif: Subhan Mahmudov

Portuqaliyanın bu addımı düşmənçilikdir - Zaxarova

Moskva Lissabonun 6 rus yanğınsöndürmə helikopterini Kiyevə təhvil verməsini Rusiya-Portuqaliya münasibətlərindəki böhranı daha da dərinləşdirəcək düşmənçilik addımı kimi qiymətləndirir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz bu helikopterlərin Kiyev rejiminə verilməsi faktını kollektiv Qərbin Rusiyaya qarşı hibrid müharibə aparmaq və Ukraynada münaqişəni uzatmaq kimi cinayətkar kursuna uyğun olaraq ölkəmizə qarşı növbəti düşmən addımı kimi qiymətləndiririk”, - diplomat qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Portuqaliya hakimiyyət orqanları 6 Rusiya yanğınsöndürmə helikopterinin Ukraynaya təhvil verilməsinin başa çatdığını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026