q
  • Bakı 10° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

“Post-insan” dövrünə keçid: Yeni sosial mərhələdə nələr baş verir?

CƏMİYYƏT

29 Aprel 2026 | 17:09

“Post-insan” dövrünə keçid: Yeni sosial mərhələdə nələr baş verir?

Son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı insanların ünsiyyət formasını köklü şəkildə dəyişdirib.

Sosial şəbəkələr, onlayn platformalar və virtual mühitlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilərək real münasibətlərin yerini getdikcə daha çox tutmağa başlayır.

Bu proses ilk baxışda rahatlıq və əlçatanlıq yaratsa da, uzunmüddətli perspektivdə cəmiyyətin sosial strukturuna necə təsir edəcəyi ciddi müzakirə mövzusudur.

İnsanlar arasında birbaşa əlaqələrin zəifləməsi, emosional bağların səthiləşməsi və sosial institutların transformasiyası kimi məsələlər virtual həyatın üstünlük qazanmasının mümkün nəticələri kimi ön plana çıxır.

Virtual həyatın real münasibətləri əvəz etməsi cəmiyyətin sosial strukturunu uzunmüddətli perspektivdə necə dəyişə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, hazırda insanlar rəqəmsal mühitdə, sosial şəbəkələrin formalaşdırdığı reallıq daxilində yaşayır:

“Şübhəsiz ki, bu reallıq cəmiyyətin sosial xarakterinə təsirsiz ötüşmür. Müasir cəmiyyəti 30–60 il əvvəlki dövrlərlə müqayisə etmək mümkün deyil. Çünki sosial şəbəkələr, internet resursları və smart qurğular insanların düşüncə tərzinə, eləcə də cəmiyyətin ümumi sosial strukturuna birbaşa təsir göstərir”.

Üzeyir Şəfiyev: Bu gün insanlar daha çox virtual ünsiyyət formalarına üstünlük verir

Onun sözlərinə görə, bu dəyişikliklər xüsusilə insanların həyat və ünsiyyət tərzində aydın şəkildə müşahidə olunur:

“Bu gün insanlar daha çox virtual ünsiyyət formalarına üstünlük verir, real ünsiyyət isə nisbətən arxa plana keçir. Bu tendensiya cəmiyyətin sosial xarakterində ciddi dəyişikliklər yaradır. Artıq biz yeni reallığın insanından danışırıq, hətta ‘post-insan’ anlayışı gündəmə gəlir. Yəni texnologiyanın bu qədər təsiri altında formalaşan yeni bir sosial varlıq mərhələsinə keçid müşahidə olunur”.

Əli Hüseynov


SON XƏBƏRLƏR