• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib

CƏMİYYƏT

27 Sentyabr 2024 | 14:39

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.

Bu barədə Bakıvaxtı.az-nın sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib.

    O, həmçinin qeyd edib ki, müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

    "Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçısı olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib", - deyə Tural Qurbanov əlavə edib.\APA


    SON XƏBƏRLƏR