• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Postun qurulması bölgədə sülhdən xəbər verir" - Deputat

CƏMİYYƏT

28 Aprel 2023 | 13:20

"Postun qurulması bölgədə sülhdən xəbər verir" - Deputat

“Azərbaycan ikinci Qarabağ müharibəsində qələbə əldə etdikdən sonra Qarabağda yaşayan ermənilərin Ermənistanla gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonundan bir yolun çəkilməsi öhdəliyini öz üzərinə götürmüşdü. Müharibə bitdikdən təxminən 1 il 8 ay sonra Azərbaycan o öhdəliyi yerinə yetirdi və beləliklə Qarabağda yaşayan ermənilərin Ermənistana sərbəst gediş-gəlişini təmin etmiş oldu”. 

Bunu Bakıvaxtı.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib. 

O qeyd edib ki, ötən müddət ərzində gördük ki, Qarabağda yaşayan ermənilər Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün deyil, daha çox hərbi məqsədlər üçün istifadə etməyə başladılar: “Belə ki, Ermənistanda olan hərbi silahlı qüvvələrin Qarabağa daşınması, silah-sursatın, minaların daşınmasını həyata keçirdilər. Eyni zamanda xüsusilə qeyd edilməlidir ki, bu yoldan Qarabada Azərbaycanın təbii sərvətlərinin daşınaraq Ermənistana, oradan da xaricə daşınmasını həyata keçirdilər ki, bu da Azərbaycana qarşı birbaşa iqtisadi sahədə cinayətkarlıq idi. Bu müddət ərzində Azərbaycan tərəfi Qarabağda erməniləri xəbərdar edirdi ki, bu yol humanitar məqsədlər üçündür. Eyni zamanda o da qeyd olunurdu ki, çox təəssüf doğuran məsələ də budur ki, bu hadisələr, bütün bu gediş-gəlişlər rus sülhməramlı qüvvələrin nəzarəti altında baş verir. Hansı ki, burada Rusiya silahlı qüvvələri əslində sülhün və ədalətin bərpa olunması istiqamətində görməli olduğu halda, bu silahlı dəstələrin himayədarı kimi çıxış edirdi. Azərbaycan tərəfi bu barədə bir neçə dəfə xəbərdarlıq etmişdi. Ancaq çox təəssüflər olsun ki, Ermənistan tərəfi və Qarabağda yaşayan ermənilər buna məhəl qoymurdular. Belə olduğu təqdirdə təbii ki, bölgədə davamlı və təhlükəsiz sülhün  təmin olunması nöqteyi nəzərdən burada mühafizə postunun qoyulması, sərhəd müşahidə məntəqəsinin qoyulması reallığa çevrildi. Ona görə Azərbaycan tərəfi məhz cənab prezident, müzəffər ali baş komandanın tapşırıqlarına uyğun olaraq Laçın-Xankəndi yolunun Laçın rayonundan keçən axırıncı hissəsində öz mühafizə məntəqəmizi təyin etdik”. 

Deputat qeyd edib ki, biz bununla Qarabağa Ermənistan tərəfindən silahlı qüvvələrin və şairənin daşınmasının qarşısını aldıq, Qarabağda davamlı və təhlükəsiz sülhün təmin olunması üçün bu post vasitəsilə bir töhfə vermiş olduq: “Həm də bu yaxınlarda Laçın rayonunun şəhər mərkəzinə  Zabuxa və Susa buradan olan insanların köçü başlayacaq, bu insanlar daimi ata-baba yurdlarında yaşamağa başlayacaqlar. Belə olduğu təqdirdə bu ərazidə sülhün və təhlükəsizliyin yüksək səviyyədə qorunması çox vacib məqamlardan biridir. Ancaq açıq etiraf etməliyik ki, yolun açıq qalması, buradan erməni silahlı qüvvələrinin necə gəldi istifadə etməsi,  xarici dövlətlərin kəşfiyyat orqanlarına məxsus olan şəxslərin Laçın-Xankəndi yolu vasitəsilə qeyri-qanuni Xankəndinə gəlib-getmələri əslində sülhə və təhlükəsizliyə qarşı bir təhdid idi. Ona görə burada postun qurulması artıq gələcəkdə bu bölgədə çox böyük ciddi sülhün olacağından xəbər verir ki, bu da həm bölgəmiz üçün önəmli hadisədir, həm də Laçın rayonuna köçən insanların təhlükəsizliyi nöqteyi-nəzərdən vacib məqamdır. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan dövləti tərəfindən postun qırılmağına baxmayaraq yenə həmin yol humanitar məqsədlər üçün açıqdır, Qarabağda yaşayan ermənilər Ermənistana gediş-gəlişi yenə əvvəlki kimi normaldır, heç bir məhdudiyyət yoxdur, amma bu yol hərbi məqsədlər üçün bağlıdır, bu yol qeyri-qanuni məskunlaşma siyasətinin həyata keçirilməsi üçün bağlıdır. Bundan sonrakı müddətdə də burada Azərbaycan Sərhəd xidmətinin, mühafizə xidmətinin, eyni zamanda Dövlət Gömrük komitəsinin burada fəaliyyət göstərməsi sərhədlərimizdə qanun qaydanın yaranmasına və davamlı təhlükəsiz sülhün bərpa olunmasına səbəb olacaqdır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026