• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Premyer Liqa: VII turun hakim təyinatları AÇIQLANDI

İDMAN

22 Sentyabr 2023 | 17:27

Premyer Liqa: VII turun hakim təyinatları AÇIQLANDI

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi sentyabrın 23-25-i aralığında keçiriləcək matçları idarə edəcək referiləri müəyyənləşdirib.

Komitə bu dəfə Kamal Umudlu, Rəvan Həmzəzadə, İnqilab Məmmədov, Rəşad Əhmədov və Elçin Məsiyevə etibar edib.

Premyer Liqa
VII tur
23 sentyabr (şənbə)
18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”

20:30. “Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə OİK stadionu

24 sentyabr (bazar)
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”

19:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASCO Arena”

25 sentyabr (bazar ertəsi)
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu


SON XƏBƏRLƏR