• Bakı 30° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Prezident: Azərbaycan planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir

SİYASƏT

19 Iyun 2024 | 10:18

Prezident: Azərbaycan planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir

Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.


SON XƏBƏRLƏR

21 Iyul 2024