• Bakı C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Prezident İcbari Tibbi Sığorta Fondunun 2025-ci il büdcəsinə dəyişiklik etdi

SİYASƏT

25 Dekabr 2025 | 17:57

Prezident İcbari Tibbi Sığorta Fondunun 2025-ci il büdcəsinə dəyişiklik etdi

Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” 10 fevral 2025-ci il tarixli Fərmana dəyişiklik edilməsi barədə yeni Fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklərə əsasən, İcbari Tibbi Sığorta Fondunun bəzi xərc maddələrinin məbləğləri azaldılıb, bəzilərinin isə artırılması qərara alınıb.

Xüsusilə:

3.4.1-ci yarımbənd üzrə ümumi məbləğ 1 milyard 720 milyon 956 min 292 manatdan 1 milyard 642 milyon 956 min 292 manata endirilib;

bəzi alt-bəndlər üzrə vəsaitlərin həcmi azaldılıb;

3.4.2-ci yarımbənd üzrə isə ümumi məbləğ 464 milyon 765 min manatdan 497 milyon 765 min manata artırılıb;

bu bölməyə aid bir neçə istiqamət üzrə vəsait bölgüsündə həm azaldılma, həm də artırılmalar edilib;

3.4.3-cü yarımbənd üzrə xərclər 430 milyon manatdan 495 milyon manata,

3.4.4-cü yarımbənd üzrə isə əksinə, 40 milyon manatdan 20 milyon manata dəyişdirilib.


SON XƏBƏRLƏR