• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Prezident motosiklet sürərkən xəsarət aldı

DÜNYA

24 May 2024 | 10:01

Prezident motosiklet sürərkən xəsarət aldı

Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb. O, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası X sosial hesabda məlumat yayıb.

"Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müayinə tələb olunur", - məlumatda deyilir.

Bildirilib ki, dövlət başçısının administrasiyası sonradan baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.

Qeyd edək ki, bu il 63 yaşı tamam olacaq Pavel avtomobil idmanının həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026