• Bakı 28° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Prezident: "Qırğızıstan dünyanın ən böyük ölkələrindən biri olacaq"

DÜNYA

03 Iyul 2024 | 13:05

Prezident: Qırğızıstan dünyanın ən böyük ölkələrindən biri olacaq

"Qırğızıstan 2030-cu ilədək 30 ən böyük ölkədən birinə çevrilməyi qarşısına məqsəd qoyub".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov deyib.

Onun sözlərinə görə, Qırğızıstan dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində mühüm irəliləyiş əldə edib və BMT-yə üzv olan 166 ölkə arasında 45-ci yeri tutub:

"Yaxın gələcəkdə Mərkəzi Asiyanın enerji sistemlərini Cənubi Asiya ilə birləşdirən CASA-1000 kimi iri layihələrin həyata keçirilməsi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi, iştirakçılar arasında sürətli və səmərəli ticarəti asanlaşdıracaq. Bu, eyni zamanda iqtisadi artımı stimullaşdıracaq".

Gülşən Şərif
 


SON XƏBƏRLƏR