• Bakı 20° C

    5.85 m/s

Prezident: "Xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir"

SİYASƏT

22 Aprel 2022 | 15:20 | Müəllif: Qalib İbrahimoğlu

Prezident: "Xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir"

"Xaricdə yaşayanlar gənc azərbaycanlılar İkinci Qarabağ müharibəsinin tarixini həm yaxşı bilməlidirlər, həm də öz dostlarına bu həqiqətləri çatdırmalıdırlar".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında bildirib.

Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı deyib: “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026