• Bakı 32° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşir

SİYASƏT

13 Iyun 2025 | 11:39

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşir

Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişiklik edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına ediləcək.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Iyul 2025