• Bakı 24° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Prezidentin təltif etdiyi şəhid mülki işçilər

CƏMİYYƏT

25 Iyun 2026 | 20:12

Prezidentin təltif etdiyi şəhid mülki işçilər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, təltif edilənlərdən 2 nəfəri - Əliyev Rövşən İbrahim oğlu və İbadov Rafiq Baloğlan oğlu şəhid mülki işçilərdir.
Onların hər ikisi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rövşən Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rövşən Əliyev sentyabrın 28-də Füzuli rayonu ərazisində şəhid olub.

Azərbaycan Ordusunun mülki qulluqçusu  Rafiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər-Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rafiq İbadov sentyabrın 29-da Tərtər rayonu ərazisində şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR