Prokurorluq orqanlarında qulluğa qəbul olmaq istəyən namizədlərin nəzərinə çatdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ali hüquq təhsilli şəxslərin prokurorluq orqanlarında qulluğa qəbul edilməsi ilə bağlı 14 aprel 2026-cı il tarixində elan edilmiş müsabiqə üzrə sənədlərin elektron qaydada qəbulu davam etdirilir.
Bildirilib ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə ediləcək suallar bir sıra normativ hüquqi aktlar əsasında hazırlanacaq.
Test imtahanında aşağıdakı qanunvericilik aktlarından istifadə olunacaq:
Azərbaycan Respublikasının Konstitusiyası;
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu;
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu;
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
Cinayət-Prosessual Məcəlləsi;
İnzibati Xətalar Məcəlləsi;
Mülki Məcəllə;
Mülki-Prosessual Məcəllə;
Əmək Məcəlləsi;
“Prokurorluq haqqında” Qanun;
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun;
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun;
“Polis haqqında” Qanun;
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun;
“Məhkəmələr və hakimlər haqqında” Qanun;
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun.
Müsabiqə ilə bağlı ətraflı məlumat Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib.
Əlavə məlumat almaq istəyən şəxslər 361-00-80, 437-28-56, 361-00-78 və 361-00-79 nömrələri ilə əlaqə saxlaya bilərlər.




