• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Proqnoz: Fransa Olimpiya Oyunları 11,1 milyard avro qazandıracaq

DÜNYA

26 Iyul 2024 | 15:51

Proqnoz: Fransa Olimpiya Oyunları 11,1 milyard avro qazandıracaq

Fransanın ev sahibliyi etdiyi 2024-cü il Olimpiya Oyunlarının ölkənin iqtisadi artımına müsbət töhfə verəcəyi gözlənilir.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Olimpiadanın iqtisadi töhfəsini təhlil edən İdman Hüququ və İqtisadiyyatı Mərkəzi məlumat yayıb.

Məlumata görə, təxminən 10 500 idmançının qatıldığı 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarının rəsmi büdcəsi 8,8 milyard avro həcmində qiymətləndirilir. Olimpiyadanın Paris bölgəsinə 6,7 milyard avro ilə 11,1 milyard avro arasında müsbət töhfə verəcəyi gözlənilir.

 Tarixin ən çox bilet qazanan Olimpiyadası

2024-cü il Paris Olimpiyadası tarixdə ən çox bilet satılan oyun olub. Belə ki, oyunlara buraxılan 10 milyon biletin 9,3 milyonu satılıb. Biletlərin qiymətləri  90, 250, 500, 900, 1600 və 2 700 avro olaraq təyin edilib.  2 700 avroluq bilet sahibləri yemək xidmətinin də olduğu paket üçün 3850 avro ödəyib. Oyunlar zamanı Parisə səyahət edən turistlərin 2,6 milyard avro xərcləyəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, dünyanın ən böyük idman təşkilatlarından biri olan Olimpiya Oyunları 26 iyul-11 avqust 2024-cü il tarixləri arasında Fransanın paytaxtı Parisdə keçiriləcək.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

07 Sentyabr 2024