• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

ŞOU

14 Sentyabr 2026 | 22:25 | Müəllif: Subhan Mahmudov

Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

Xəzər TV yeni mövsümə start verib.

Bakıvaxtı.az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan “Xəbər ertəsi”, “Qonaqcanlı”, “Evdəkilərə salam”, “Xəzər axşamı” və “Təsir dairəsi” proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb. Belə ki, aparıcılar Lalə Azərtaş, Aytən Səfərova, Aytəkin Mərdanova və Mətanət Əliverdiyeva yeni mövsümdə də kanalda fəaliyyətini davam etdirir.

Diqqətçəkən məqam isə aparıcı Vüsalə Əlizadənin yeni mövsümdə kanalda olub-olmayacağının hələlik açıqlanmamasıdır. Onunla bağlı heç bir anons efirə getməyib.

Qeyd edək ki, Vüsalə ötən mövsüm aparıcısı olduğu “İncə səhər” proqramından ayrıldığını açıqlamışdı. O, səhhəti ilə əlaqədar səhər verilişi aparmaq istəmədiyini bildirmişdi./Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR