• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin  SON DURUMU

CƏMİYYƏT

04 Aprel 2023 | 17:14

Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin SON DURUMU

Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin son durumu açıqlanıb.

Səhiyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

Qeyd olunub ki, “Psixiatriya yardımı haqqında” qanununa əsasən, o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib: "Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026