• Bakı 17° C

    3.34 m/s

PSJ-nin matçı təxirə salına bilər

İDMAN

19 Avqust 2026 | 22:46 | Müəllif: Gülşən Şərif

PSJ-nin matçı təxirə salına bilər

Fransa çempionatının 1-ci turu çərçivəsində keçiriləcək PSJ - “Renn” matçı təxirə salına bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Yüksək hava temperaturu səbəbindən “Park de Prens” stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb. Bu səbəbdən Fransa Peşəkar Futbol Liqası meydanın durumunu qiymətləndirir.

Qeyd edək ki, avqustun 23-də keçirilməsi nəzərdə tutulan qarşılaşmanın başqa tarixə keçirilməsi istisna olunmur. Digər variant olaraq isə ilk dövrənin matçının “Renn”in meydanında keçirilməsi nəzərdən keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026