• Bakı 25° C

    12.81 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

"Pullarımı Zeynəb Həsəni yığır"

ŞOU

30 Avqust 2026 | 12:15

"Pullarımı Zeynəb Həsəni yığır"

Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə diqqət çəkib.

Bakıvaxtı.az-ın məlumatına görə, sənətçi MTV-də yayımlanan verilişlərdən birində məclislərdən əldə etdiyi qazanc və pul yığmaq vərdişindən danışıb.

Şəbnəm efirdə qazancı barədə konkret məbləğ açıqlamağı sevmədiyini bildirib:

"Efirə çıxıb məclislərə hansı məbləğə getdiyimi, nə qədər qazancım olduğunu deməyi sevməmişəm. Az-çox pul yığıb özümə nəsə alıram, yaxud ev alaram. Hamı əziyyətlə qazanır".

Müğənni qənaətcil olduğunu da vurğulayıb:

"Mən qəpik-qəpik yığan adamam. Zeynəb Həsəni sağ olsun, o pullarımı yığır".

Şəbnəm Qəhrəmanovanın həmkarı Zeynəb Həsəninin onun qazancını toplamasına kömək etdiyini deməsi sosial şəbəkələrdə də maraq doğurub. Sənətçinin bu sözləri həmkarlar arasındakı etibar məsələsini gündəmə gətirib və müxtəlif reaksiyalara səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026