"Pandemiya başlayan gündən həyatımız çox dəyişdi. Bütün baş verən hadisələr ilk növbədə psixoloji təsir etdi. Gözümüzü açırdıq ki, filan qədər xəstələnib, filan qədər dünyasın dəyişib, xəstəxanalarda yer yoxdur və sairə".
Bakıvaxtı.az xəbər verir ki, bunu müğənnu Nura Suri "Facebook"da yazıb.
"Evlərimizdə dustaq olduq. Sonra 44 günlük müharibə hər gün şəhid xəbərləri bir başqa ağrı, göz yaşı, qorxu yaşatdı hər birimizə. Bir xoş hadisə torpaqlarımızın qayıtması oldu, sevindik" yazan müğənni qeyd edib ki, yenə karantin, yenə xəstəlik. "Özümüzü toparlamağa başlamışdıq ki, Rusiya-Ukrayna münaqişəsi yox müharibəsi. İnsanların uzun illər əziyyət çəkib qurduqları həyat, evləri, işləri bir günün içində məhv oldu.
Qaçqın oldular, uşaqlar həlak olur hər gün. 3-cü dünya müharibəsi başlamaq üzrədir. Çox narahatam".
N.Surinin sözlərinə görə, 3 ildir özünə də, ətrafdakılara da “sabah düzələcək, bir az döz" deyir: "İnsanam axı, hisslərim var, biganə qala bilmirəm, uşaqlarımın gələcəyinə görə narahatam".
Statusda daha deyilir:
"Bu necə dünyadır insanlar qurub? Hamımız böyük zooparkın içindəyik elə bil" deyən müğənniyə görə, kim istəyir bomba atır, kim istəyir virus icad edir, kim istəyir bir günün içində insanların maddi durumunu sıfıra endirir.
"Yəni, bu dünyanı idarə edənlər həyatımızla oynayırlar istədikləri kimi. Biz ağılsızcasına yenə bu dünyaya insan gətiririk. Gətirik ki, onlar da əziyyət çəksinlər?
Pulun varsa, ən əclaf adam olsan belə yaltaqlanıb baş əyəcəklər qarşında. Pulun yoxdursa, şərəfin, ləyaqətin varsa, heç kəsin vecinə olmayacaqsan, yalnız vicdanın rahat olacaq əziyyət çəkə-çəkə birtəhər dolanacaqsan".
Müğənni hesab edir ki, insanlar bir-birlərini sevə bilmirlər artıq. Hamının içində nifrət kök salıb.
"Dinə, millətlərə, irqə ayrı seçkilik salıb nifrət etmək üçün bəhanə axtarır hamı. Tab gətirmək olmur bütün bunlara", - Nura Suri yazıb.
Aytac Aslan