• Bakı 28° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Putin Çin və Türkiyə liderləri ilə nələri müzakirə edəcək? - Peskov 

DÜNYA

03 Iyul 2024 | 14:25

Putin Çin və Türkiyə liderləri ilə nələri müzakirə edəcək? - Peskov 

Rusiya prezidenti Vladimir Putin Çin və Türkiyə liderləri Si Cinpin və Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı müxtəlif ticarət və iqtisadi məsələləri müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kreml sözçüsü Türkiyə və Çinlə danışıqlarda ödəniş çətinliklərinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, ticarət-iqtisadi əməkdaşlığın müxtəlif aspektləri, əlbəttə ki, müzakirə olunacaq.

Peskov həmçinin qeyd edib ki, Rusiya və Çin həssas sahələr də daxil olmaqla bütün sahələrdə əməkdaşlığı davam etdirir:

“Çin ilə ticarət-iqtisadi əlaqələrimiz yaxşı inkişaf edib və ticarətimiz yüksək səviyyəyə çatıb, 200 milyard dolları ötüb”, - o əlavə edib.

Günel Abbas


SON XƏBƏRLƏR

05 Iyul 2024