• Bakı C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Putin MDB dövlət başçılarının qeyri-rəsmi sammitini keçirəcək

DÜNYA

25 Dekabr 2024 | 10:48

Putin MDB dövlət başçılarının qeyri-rəsmi sammitini keçirəcək

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının Yeni il qabağı ənənəvi qeyri-rəsmi sammitini keçirəcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Putin sammitdə Rusiyanın 2024-cü ildə MDB-də sədrliyinin yekunlarına yekun vuracaq və bundan sonra ölkə başçıları qeyri-rəsmi şəraitdə ünsiyyət quracaqlar. Sammit iştirakçıları üçün hədiyyələr hazırlanıb. Bundan başqa, tədbirin qeyri-rəsmi və Yeni il öncəsi xarakterini nəzərə alaraq, onları mədəni proqram gözləyir.

Qeyd edək ki, MDB hazırda 11 ölkədən ibarətdir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna. Eyni zamanda, de-fakto Moldova və Ukrayna uzun müddətdir nominal iştirakçı olublar və assosiasiyanın işində iştirak etmirlər. 2024-cü ildə birliyin sədri Ermənistandır, 2025-ci ildə bu rol Belarusa keçəcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR