Moskva meri Sergey Sobyanin inaqurasiya mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Rusiya Prezidenti Vladimir Putin iştirak edib. O, Sobyanini növbəti dəfə Moskva meri seçilməsi münasibəti ilə təbrik edib.
O, Sobyaninin seçkilərdəki yüksək göstəricisinin moskvalıların geniş dəstəyini aldığını inandırıcı şəkildə sübut etdiyini söyləyib.
"Rusiya paytaxtında davamlı olaraq mütərəqqi və rahat mühit yaradılır. Moskva bir çox dünya paytaxtlarını nəzərəçarpacaq dərəcədə qabaqlayır. Hökumət orqanları Moskva təcrübəsi əsasında ölkənin bütün regionlarının nəqliyyat infrastrukturunu modernləşdirməyə davam edəcək. Qarşıdan gələn 5 il Moskvada abadlaşdırmanın aktiv təşviqi dövrü olacaq və bu, insanlar üçün yeni həyat keyfiyyətidir", deyə Putin vurğulayıb.
Qeyd edək ki, Moskva meri seçkiləri sentyabrın 8,9 və 10-da onlayn və ənənəvi formatda keçirilib.