Rusiya və ABŞ liderləri – Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüş son anda ləğv edilib.
Bakıvaxtı.az bildirir ki, "Financial Times"ın məlumatına görə, buna səbəb Moskvanın Ukrayna ilə bağlı sərt tələblər irəli sürməsi olub.
Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 16-da Vaşinqtona mesaj göndərərək, Ukrayna münaqişəsinin əsas səbəbləri ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb. Bu mövqedə Ukraynanın NATO-ya daxil olmasına qarşı təminatlar, bəzi ərazilərlə bağlı tələblər və Ukrayna ordusunun ixtisarı məsələləri yer alıb.
ABŞ tərəfi bu mesajı sərt və kompromissiz hesab edərək görüşü ləğv edib.
Aynur
 Bakı
 Bakı 


