• Bakı 12° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Putinin keçmiş kansler dostu Bundestaqı məhkəməyə verdi

DÜNYA

12 Avqust 2022 | 22:15

Putinin keçmiş kansler dostu Bundestaqı məhkəməyə verdi

Almaniyanın keçmiş kansleri Gerhard Şröder hökumət başçısı vəzifəsindən istefa verdikdən sonra ona verilən imtiyazların bərpasını tələb edərək Bundestaqı məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Welt yazır. 

May ayında Almaniya parlamenti Şröderi federal büdcədən maliyyələşən Bundestaqdakı ofisindən və işçilərindən məhrum edib. Eyni zamanda, siyasətçi pensiya və şəxsi mühafizədən istifadə hüququnu saxlayıb.

Qərarın rəsmi səbəbi keçmiş kanslerin ona ayrılan sahələrdən və işçi ştatından istifadə etməməsi olub. Lakin medianın yazdığına görə, əslində Bundestaqın deputatları Şröderin Rusiya ilə sıx əlaqələrindən narazı idilər, onu Almaniyanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməkdə ittiham edirdilər.

Keçmiş kanslerin vəkilləri onun xüsusi imtiyazlardan məhrum edilməsi qərarını qanunsuz hesab edirlər.

Gerhard Şröder 1998-2005-ci illərdə Almaniya hökumətinə rəhbərlik edib. O, istefa verdikdən sonra Rusiya ilə bağlı layihələrdə, o cümlədən "Şimal axını” qaz kəmərində iştirak edib. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri, Şröder Rusiya ilə əlaqələrinə görə tənqid edilir. Bunun fonunda keçmiş kansler 2022-ci ilin fevralında namizədliyi irəli sürdüyü "Qazprom”un direktorlar şurasına daxil olmaq razılığını geri götürüb, həmçinin "Rosneft”in direktorlar şurasının sədri vəzifəsindən də istefa verib.(qaynarinfo)


SON XƏBƏRLƏR

27 Mart 2024