• Bakı 23° C

    13.98 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Putinin təyyarəsi Sunan hava limanına eniş etdi

DÜNYA

18 Iyun 2024 | 22:23

Putinin təyyarəsi Sunan hava limanına eniş etdi

Rusiya Prezidenti Vladimir Putinin"İl-96-300" təyyarəsi Pxenyan yaxınlığındakı Sunan hava limanına eniş edib.

Bakıvaxtı.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Flightradar24" təyyarə monitorinqi portalının məlumatında deyilir.

Təyyarə yerli vaxtla təxminən 2:22-də (Moskva vaxtı ilə 20:22) Şimali Koreyaya eniş edib.

İyunun 18-də NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Putinin Şimali Koreyaya səfəri NATO üçün təhlükəsizliyin “qlobal əhəmiyyətini” və Asiya ilə tərəfdaşlığın zəruriliyini vurğulayır.

Daha əvvəl bildirilmişdi ki, Pxenyan hava limanı Rusiya nümayəndə heyətini Rusiya Federasiyası və Koreya Xalq Demokratik Respublikasının bayraqları, həmçinin “Xoş gəlmisiniz, Putin” kimi qarşılama yazıları ilə qarşılayacaq.


SON XƏBƏRLƏR

03 Iyul 2025