Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Alyaskaya yaxınlaşarkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən qorunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu əvvəllər Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının komandir müavini vəzifəsində çalışmış istefada olan Kanada Kral Hərbi Hava Qüvvələri general-mayoru Skott Klensi "Newsweek"ə bildirib.
Əlavə edib ki, Alyaskada ABŞ Hərbi Hava Qüvvələrinin iki əsas bazası var: Putinin gələcəyi planlaşdırılan Elmendorf-Richardson və Fairbanks.
Bildirilib ki, bu bazalarda 5-ci nəsil F-22 və F-35 qırıcıları ilə yanaşı, uzun mənzilli radiolokasiya aşkarlama sisteminə malik E-3 AWACS təyyarələri də var.
Klensi həmçinin ehtimal edir ki, Putin Alyaskaya Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri olmadan gedəcək, lakin Rusiya təyyarələri prezidentin təyyarəsini ABŞ Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına və ya dövlət sərhədinə qədər müşayiət edə bilər.
Mina Mikayılova