• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Qadın basketbolçularımız növbəti oyununu keçirəcək

İDMAN

06 Fevral 2025 | 09:55

Qadın basketbolçularımız növbəti oyununu keçirəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, yığma C qrupundakı beşinci matçında Belçika ilə üz-üzə gələcək.

Belçikanın "COREtec Dome" arenasında təşkil olunacaq qarşılaşma saat 23:15-də start götürəcək.

Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ilk oyunda Belçika millisinə 28:136 hesabı ilə məğlub olub. Yığma fevralın 9-da Bakıda Polşa ilə üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.


SON XƏBƏRLƏR

11 Mart 2025