• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qadın futbolçular arasında Avropa çempionu bəlli oldu

İDMAN

31 Iyul 2022 | 22:56

Qadın futbolçular arasında Avropa çempionu bəlli oldu

Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, İngiltərə yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb.

Londondakı "Uembli" stadionunda keçirilmiş final matçında yerli komanda Almaniyaya əlavə vaxtda qalib gəlib - 2:1. Hesabı 62-ci dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyini əlavə vaxta daşıyıb.

111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə topunun müəllifi olub. Kelli qol sevincini futbolkasını əynindən çıxararaq qeyd etdiyi üçün ukraynalı referi Katerina Monzuldan sarı vərəqə alıb.

Qeyd edək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026