• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Qadın geyimində yolda qışqıran kişi HƏBS EDİLDİ 

CƏMİYYƏT

27 Iyun 2024 | 14:55

Qadın geyimində yolda qışqıran kişi HƏBS EDİLDİ 

Paytaxtın Yasamal rayonu ərazisində ictimai asayişi pozan şəxs həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə gün əvvəl gecə saat 02 radələrində Moskva prospektində qadın geyimində olan kişinin yolun hərəkət hissəsinə çıxaraq avtomobillərin hərəkətinə mane olması, ucadan səs-küy salması müəyyən edilib.

Ərazidəki polis əməkdaşlarının tələbinə tabe olmayan həmin şəxs sərxoş halda müqavimət göstərib. Daha sonra saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aparılan şəxsin 1976-cı il təvəllüdlü S.M. olması müəyyən edilib. Ekspertiza onun sərxoş olduğu barədə rəy verib.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda quliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə S.M-a 8 sutka həbs cəzası verilib.


SON XƏBƏRLƏR

29 Iyun 2024