• Bakı 25° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Qadın güləşçilərimiz dünya çempionatında gümüş medal qazanıb

İDMAN

21 Avqust 2026 | 23:11

Qadın güləşçilərimiz dünya çempionatında gümüş medal qazanıb

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib.

Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Ono ilə qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib – 6:16. Beləcə Günay dünya ikincisi olub.

Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisi ilə üz-üzə gəlib. Sae Noquçi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabıyla məğlub olan Ruzanna gümüş medalı boynundan asıb.

Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub – 5:11.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026