• Bakı 13° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Qadın həbsdəki ərinə narkotik keçirmək istədi - qarşısı alındı

HADİSƏ

31 Mart 2025 | 13:08

Qadın həbsdəki ərinə narkotik keçirmək istədi - qarşısı alındı

Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.

Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

01 Aprel 2025