• Bakı 22° C

    7.73 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Qaliblər "Green Card Azərbaycan" şirkətinin girovuna çevrilib? - Polis araşdırmağa başladı

İQTİSADİYYAT

25 May 2021 | 11:35

Qaliblər Green Card Azərbaycan şirkətinin girovuna çevrilib? - Polis araşdırmağa başladı

Polis “Green Card Azərbaycan” MMC-nin fəaliyyətini araşdırmağa başladı. 

Bu barədə Bakivaxti.az-a “Greencard Azərbaycan”dan şikayətçi olan Fərid Əliyev məlumat verib.

O, bildirib ki, “Green Card” qalibləri öz sənədlərini hazırlaya bilmək üçün təsdiq nömrəsinə malik olmalıdırlar: “Onların təsdiq nömrələri "Green Card Azərbaycan"ın əlindədir. Şirkət yalnız onların tələb etdiyi məbləğ ödəniləcəyi halda təsdiq nömrəsini lotereya qalibinə verəcəyini deyir. Qaliblər buna görə də çıxılmaz vəziyyətdə qalıblar. Onlar aidiyyəti qurumlara şikayət etməkdən çəkinirlər, çünki şəxsi məlumatları şirkətdə olduğu üçün onların işinə şirkətin hansısa zərər verəcəyindən qorxurlar”.

F.Əliyev deyib ki, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) və ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət edilib.

DİN-dən F.Əliyevin müraciətinə cavab verilib. Cavabda bildirilib: “ABŞ dövləti tərəfindən hər il “müxtəliflik vizası” və ya digər adı ilə “Green card” lotoreyası keçirilir. “Green Card Azərbaycan” şirkətinin lotoreya iştirakçılarına təqdim edilməli olan təsdiq nömrələrinin 800 ABŞ dolları müqabilində uduş sahiblərinə satılması və qanunsuz hərəkətlər etmələri barədə DİN-ə ünvanladığınız müraciətə baxılıb. Müraciətiniz Yasamal Rayon Polis İdarəsinə göndərilməklə göstərdiyiniz xüsusatların cinayət prosessual qanunvericiliyinə uyğun tam, obyektiv və hərtərəfli araşdırılıb qanuni tədbir görülməsi üçün idarə rəhbərliyinə müvafiq göstəriş verilib”.

   

Ramid İbrahimov

Bakivaxti.az


SON XƏBƏRLƏR

07 May 2025