Məşhur rusiyalı şoumen Maksim Qalkin konsert proqramları üçün hazırladığı texniki və məişət tələblərindən ibarət “rayder”i ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçinin təşkilatçılar üçün hazırladığı sənəd “RİA Novosti”nin əldə etdiyi məlumatlarda yer alıb.
Qalkinin kulis otağına ətli, kələmli və kartoflu piroqlar, mal dilindən doğrama, qurabiyə, həmçinin xren və xardal qoyulmalıdır. Sənətçi ət, pendir və meyvə boşqabları, isti yeməklər, bir litr təbii giləmeyvə və İtaliya, İspaniya və Fransanın yüksək milli kateqoriyalarından bir şüşə ağ yarımquru şərab da tələb edib.
Onun texniki tələbləri arasında saç düzləşdiricisi, tibbi maskalar, konyak üçün bokal və ayaqqabı dəyişmək üçün yeni xalça da yer alıb.
Rayderə əsasən, Qalkin və dörd nəfərlik komandası üçün uçuş da təşkil olunmalıdır. Sənətçi üçün iki birinci, iki isə ekonom sinif bileti nəzərdə tutulub. Aeroportda Qalkini və komandasını təhlükəsizlik əməkdaşları və baqaj daşıyanlar qarşılamalıdır.
Sənətçinin transferi yüksək komfortlu avtomobillə təmin edilməli, qalacağı hotel isə beşulduzlu və “şəhərin ən yaxşısı” olmalıdır.
Bundan başqa, Qalkin və komandasının ölkədə olduğu hər gün üçün ümumilikdə 1000 dollar və ya avro məbləğində gündəlik xərc tələb olunur.
Qeyd edək ki, Maksim Qalkin 2022-ci ildən etibarən əsasən xarici ölkələrdə çıxış edir.
Bakı 



