• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

CƏMİYYƏT

14 Aprel 2023 | 15:41

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz rayonu akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Məmmədağa Ağayev, Rahim Osmanov, Mingəçevir şəhər sakini Araz Qədirov, Xaçmaz rayon sakini Ələkbər Qasımov, Zərdab rayon sakini Elnur Süleymanov olduğu müəyyənləşib.

“Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - qurum rəsmisi deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026