• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Qanunsuz saxlanılan ov silahları müsadirə edildi

CƏMİYYƏT

11 Sentyabr 2023 | 11:29

Qanunsuz saxlanılan ov silahları müsadirə edildi

Şəmkirdə qanunsuz saxlanılan ov silahları müsadirə edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 17 rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Qeyd edək ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin ötən dövründə 82 ədəd müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026