• Bakı 15° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.8378

    RUB - 0.0221

Qanunsuz tikintinin qarşısı ikinci dəfə alındı - VİDEO

CƏMİYYƏT

31 Yanvar 2023 | 10:56

Qanunsuz tikintinin qarşısı ikinci dəfə alındı - VİDEO

Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alınıb, obyekt yenidən sökülüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edib.

Müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb.


SON XƏBƏRLƏR

28 Mart 2023