• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Qarabağ" "Bayer 04" ilə matç üçün 22 futbolçu sifariş etdi

İDMAN

01 Mart 2024 | 17:44

Qarabağ Bayer 04 ilə matç üçün 22 futbolçu sifariş etdi

"Qarabağ" klubu Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya təmsilçisi "Bayer 04" ilə keçiriləcək matç üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Bakıvaxtı.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov 22 oyunçunun adını iştirak ərizəsinə daxil edib.

Onlardan 21-i A, 1-i B siyahısında yer alıblar.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;

Yarımmüdafiəçilər: Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;

Qeyd edək ki, "Qarabağ" "Bayer 04" ilə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.


SON XƏBƏRLƏR

26 Iyul 2024