• Bakı C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Qarabağ" cari mövsüm ikinci dəfə "Kəpəz"ə uduzub

İDMAN

20 Mart 2026 | 16:59

Qarabağ cari mövsüm ikinci dəfə Kəpəzə uduzub

Misli Premyer Liqasında XXV turunda "Kəpəz" "Qarabağ"ı qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.

Qolu 45-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Bununla da, "köhlən atlar" cari mövsüm Azər Bağırovun rəhbərlik etdiyi kollektivə ikinci dəfə uduzub. Daha əvvəl XVII turda "Kəpəz" səfərdə Ağdam komandasını (2:0) üstələmişdi.

Rəqiblərindən bir oyun az keçirməklə 52 xalı olan "Qarabağ" 62 xalla liderliyi əlində saxlayan "Sabah"ın ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

"Kəpəz" 21 xalla 10-cu sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" isə "Sumqayıt"ı (3:1) məğlub edib.


SON XƏBƏRLƏR