"Hazırda Qarabağ iqtisadi rayonunda, o cümlədən Xankəndidə məskunlaşmış erməni əsilli şəxslərin ilkin qeydiyyatı həyata keçirilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, 2-ci dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, bu proseslə bağlı müvəqqəti qərargah yaradılıb və məlumatlar mərkəzləşmiş qaydada verilir.
"Müvafiq məlumatlar uyğun zamanda təqdim olunacaq", - deyə Vüsal Hüseynov bildirib.
Aytac Aslan
















