• Bakı 20° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

"Qarabağ" növbəti qələbəsini qazandı

İDMAN

06 Oktyabr 2024 | 22:22

Qarabağ növbəti qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında lider "Qarabağ" növbəti qələbəsini qazanıb.

Bakıvaxtı.az
xəbər verir ki, IX turun bağlanış oyununda səfərdə "Sumqayıt"la qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.

Bu qələbə Ağdam təmsilçisinə ölkə çempionatındakı 21-ci xalı qazandırıb. Turnir cədvəlinə "Qarabağ" başçılıq edir. "Sumqayıt" isə 7 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0, "Turan Tovuz" isə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.


SON XƏBƏRLƏR

06 Oktyabr 2024
05 Oktyabr 2024