• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Qarabağda 10 minə yaxın qeyri-qanuni silahlı var" - Elçin Əmirbəyov

CƏMİYYƏT

20 Sentyabr 2023 | 12:22

"Qarabağda 10 minə yaxın qeyri-qanuni silahlı var" - Elçin Əmirbəyov

"Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.

Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov deyib ki, Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir: "Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026