• Bakı 25° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

"Qarabağ"da ciddi itki - "Elfsborq"la oyunu buraxacaq

HADİSƏ

11 Dekabr 2024 | 09:33

Qarabağda ciddi itki - Elfsborqla oyunu buraxacaq

"Qarabağ"ın daha bir futbolçusu İsveçdə "Elfsborq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq.

Bu barədə Bakıvaxtı.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi Bəhlul Mustafazadə komandasına kömək edə bilməyəcək. Azərbaycan millisinin üzvü bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Öncədən zədəli olan Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR

07 Iyun 2025