• Bakı 28° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

"Qarabağ"da ŞOK AYRILIQ - Bu kluba keçir

İDMAN

14 Avqust 2025 | 12:37

Qarabağda ŞOK AYRILIQ - Bu kluba keçir

"Qarabağ"ın yarımmüdafiəçisi Emmanuel Addai komandadan ayrılmağa yaxındır.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, 24 yaşlı qanalı futbolçu Kiprin "Omoniya" klubu ilə razılıq əldə edib.

Nikosiya təmsilçisi Addai üçün "köhlən atlar"a 1,3 milyon avro (Təxminən 2,6 milyon manat) ödəməyə hazırdır. Müqavilənin 3 illik olması nəzərdə tutulur. Daha əvvəl Kiprin digər klubu - APOEL də futbolçuya maraq göstərmiş, "Qarabağ"a 1,2 milyon avro təklif etmişdi.

Qeyd edək ki, Addainin "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxaraq dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Omoniya" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibidir. İlk oyunda Kipr təmsilçisi Bakıda 4:0 hesabı ilə qalib gəlib. Bu gün Nikosiyada keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


SON XƏBƏRLƏR

13 Avqust 2025