“Qarabağda yaşayan ermənilər bizdən yox, öz əməllərindən qorxurlar. Amma nahaq, biz, bağışlamağı bacarırıq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu bakıvaxtı.az-a hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrindən faşistlərlə əməkdaşlıq etmiş (kollaborantlar) 15 milyon alman mənşəli əhali deportasiya edilib: “Yalnız Çexoslovakiyanın Sudet vilayətindən 3,5 milyon köçürülüb və əksər hissəsi yollarda həlak olub. Əlbəttə bu antihumanist bir hərəkət idi. Onlara münasibətdə amnistiya tətbiq edilməli idi”.
Sahib Məmmədob qeyd edib ki, Prezident İlham Əliyev amnistiya anonsunu verib: “Hətta soyqırım, müharibə və hərbi cinayətlər törədənlər istisna olmaqla başqa digər cinayətləri törədənləri də bağışlamaq olar”.
Cavad