• Bakı 15° C

    8.24 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da...

SİYASƏT

31 May 2023 | 14:28

Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da...

“Ermənistanın Laçın və Kəlbəcər istiqamətində dəfələrlə törətdiyi silahlı təxribatlara Azərbaycanın tutarlı cavabı onu deməyə əsas verir ki, Azərbaycan dövləti milli maraqlarından, suverenliyindən və ərazi bütövlüyündən güzəştdə getməyəcək. Amma Ermənistan bundan nəticə çıxartmır və Azərbaycanın sülh üçün təklif etdiyi 5 şərtini qəbul etmir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli Prezident İlham Əliyev Laçında sakinlərlə görüşündı Ermənistanla bağlı bəyanatlarını şərhd edərkən bildirib.

O qeyd edib ki, əgər delmitasiya və demarkasiya məsələsi həll olunmasa, Azərbaycan SSRİ-yə daxil olduğu əraziylə sərhədlərini müəyyənləşdirə bilər: “Yəni, Zəngəzur və Göyçə Azərbaycanındır. Bu, Qarabağa vurulan maddi ziyanın da qarşılığı ola bilər. Dünyada belə təcrübə var. Müharibə nəticəsindı dəymiş ziyanın qarşılığında ərazi verilib”.

Hərbi ekspert bildirib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da köçüb getməlidirlər.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq hüquqda müəyyən edilən mübaribə qaydalarına əməl etmir, əsirlərə işgəncə verir, mülki əhalini atəşə tutur, soyqırım törədir: “Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Yenə erməni silahlıları əsir düşə bilər. Azərbaycan əsirlərinə qarşı işgəncə törədənlər hansı üzlə gələcəkdə bizdən erməni əsirlərini istəyəcək”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

15 Aprel 2024